...

Azərbaycanın layihəsi TRACECA-nın İnvestisiya Forumunun siyahısına daxil edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2011 16:25 (UTC +04:00)
Bakı-Böyük Kəsik dəmiryolunun modernləşdirilməsi və yenidən qurulması layihəsi TRACECA nəqliyyat dəhlizinin II İnvestisiya Forumunda iştirak etmək üçün təsdiq edilib.
Azərbaycanın layihəsi TRACECA-nın İnvestisiya Forumunun siyahısına daxil edilib

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir E.İsmayılov/

Bakı-Böyük Kəsik dəmiryolunun modernləşdirilməsi və yenidən qurulması layihəsi TRACECA nəqliyyat dəhlizinin II İnvestisiya Forumunda iştirak etmək üçün təsdiq edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev deyib.

Onun sözlərinə görə, İnvestisiya Forumunda iştirak üçün ümumilikdə 30 layihə təqdim edilib. Bunun 12-si təsdiqlənib.

Forum 2011-ci ilin sonu, 2012-ci ilin əvvəlində keçiriləcək.

Bakı-Böyük Kəsik dəmiryolunun modernləşdirilməsi və yenidən qurulması layihəsi 2014-cü ilədək Azərbaycan dəmiryollarının inkişafı layihəsində nəzərdə tutulub. Layihə dəmiryolun bu ərazisində yenidənqurma işlərinin aparılmasını nəzərdə tutur. O, qatarların hərəkət sürətini saatda 60-70 kilometrdən 120 kilometrədək artırmağa imkan verəcək.

Mustafayev Azərbaycanda sürətli dəmiryol xətlərinin inkişafını məqsədəuyğun sayır. Bu, sərnişinlərin daşınması müddətini azaltmağa imkan verəcək.

"Bu növ layihələr bahalı layihələrdir, lakin perspektivdə onlar aktuallaşacaq", - Mustafayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti