...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2011 14:52 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0004 bənd (0,04 faiz) möhkəmlənib.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0004 bənd (0,04 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 0,78806 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

6 iyun

0,7891

13 iyun

0,7882

7 iyun

0,7888

14 iyun

0,7882

8 iyun

0,7887

15 iyun

0,7882

9 iyun

0,7887

16 iyun

0,7879

10 iyun

0,7884

17 iyun

0,7878

Həftə ərzində orta

0,78874

Həftə ərzində orta

0,78806

Ötən həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməz qalaraq bir ABŞ dolları üçün 0,7890 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyunun 13-də 0,789 AZN/USD məzənnə ilə $0,653 mln., iyunun 14-də 0,789 AZN/USD məzənnə ilə $6,324 mln., iyunun 15-də sövdələşmələr aparılmayıb və buna görə məzənnə əvvəlki - 0,789 AZN/USD səviyyəsində qalıb, iyunun 16-da 0,789 AZN/USD məzənnə ilə $0,904 mln. və iyunun 17-də 0,789 AZN/USD məzənnə ilə $3,062 mln.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi:

6 iyun

0,7890

13 iyun

0,7890

7 iyun

0,7890

14 iyun

0,7890

8 iyun

0,7890

15 iyun

0,7890

9 iyun

0,7890

16 iyun

0,7890

10 iyun

0,7890

17 iyun

0,7890

Həftə ərzində orta

0,7890

Həftə ərzində orta

0,7890

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti