...

Azərbaycan turistləri üçün dünyanın ən iri neft şəhərlərindən birinə yol açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2011 12:02 (UTC +04:00)
"flydubai" aviaşirkəti 2011-ci ildə Səudiyyə Ərəbistanına sayca üçüncü olan Dəmmam şəhərinə marşrutun açıldığını bildirib. Trend-in məlumatına görə, bu barədə aviaşirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycan turistləri üçün dünyanın ən iri neft şəhərlərindən birinə yol açılıb

Azərbaycan, Bakı, 28 iyun /Trend/

"flydubai" aviaşirkəti 2011-ci ildə Səudiyyə Ərəbistanına sayca üçüncü olan Dəmmam şəhərinə marşrutun açıldığını bildirib. Trend-in məlumatına görə, bu barədə aviaşirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Sayca 41-ci olan marşrut Səudiyyə Ərəbistanının şərq əyalətlərinə, beynəlxalq ticarətdə mühüm əhəmiyyət kəsb edən neft hasilatı regionuna yol açıb.

Dəmmam şəhərinə uçuşlar 17 iyuldan etibarən Dubay Beynəlxalq Hava Limanının 2-ci terminalından həyata keçiriləcək.

"flydubai2 şirkətinin baş direktoru Qeyt Əl Qeyt yeni istiqamətin açılışını şərh edərkən deyib: "Mən Səudiyyə Ərəbistanın rəhbərliyinə ölkələrimiz arasında artıq altıncı istiqamətin açılması yolunda göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Dubay və Dəmmam şəhərlərini mədəniyyət əlaqələri ilə yanaşı, inkişafda olan iqtisadi münasibətlər bağlayır. Əminəm ki, yeni istiqamət ticarətin və biznesin inkişafına yeni təkan verəcək".

Dubay-Dəmmam istiqamətində aviabiletlərin qiyməti 114 dollardan başlayır. Biletin qiymətinə bütün vergilər və çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. Dəmmam - Dubay istiqamətinə qiymətlər 105 ABŞ dollarından yuxarıdır. 20 kiloya qədər olan baqaj yükünün qiyməti 15 ABŞ dollarından başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 10 ABŞ dolları ödəmək lazımdır.

Dubayın birinci büdcə aviaşirkəti "flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət, uçuşları daha sadə,rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir.

Xəbər lenti

Xəbər lenti