...

"Paşa Sığorta" Azərbaycanda sığorta fəaliyyəti göstərmək üzrə müddətsiz lisenziya alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2011 11:43 (UTC +04:00)
Azərbaycanın "Paşa Sığorta" şirkəti sığorta fəaliyyəti göstərmək üzrə müddətsiz lisenziya alıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.
"Paşa Sığorta" Azərbaycanda sığorta fəaliyyəti göstərmək üzrə müddətsiz lisenziya alıb

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycanın "Paşa Sığorta" şirkəti sığorta fəaliyyəti göstərmək üzrə müddətsiz lisenziya alıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.

Məlumata görə, lisenziya iyulun 1-dən verilib.

Hazırda "Paşa Sığorta" Azərbaycanın ən kapitallaşmış (30 milyon manat) sığorta şirkətidir. 2011-ci il yanvarın birindən Maliyyə Nazirliyinin sığortaçıların kapitgalına minimum tələbləri üç milyon manat təşkil edir.

"Paşa Holding" qrupunun üzvü olan "Paşa Sığorta" sığortanın 31 növü üzrə korporativ və fərdi müştərilərə xidmmətər göstərir.
2007-ci ildən "Paşa Sığorta" Böyük Britaniyanın "Moody International" agentliyi tərəfindən sığorta məhsullarının ISO 9001:2000 keyfiyyət idarəetmə standartlarına və xidmətlərinə uyğunluq səviyyəsinə görə sertifikatla təltif olunub. 2009-cu ildən etibarən "Paşa Sığorta" BMT-nin insan hüquqlarının, ətraf mühitin müdafiəsi və korrupsiyanın qarşısının alınması üzrə Qlobal Müqaviləsinin (UN Global Compact Initiative) iştirakçısıdır.

Xəbər lenti

Xəbər lenti