...

Dövlət Xəzər Dəniz Gəmiçiliyi gələcəkdə də Xəzərdə liderlik mövqeyini qoruyub saxlamaq niyyətindədir - DXDG rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2011 14:30 (UTC +04:00)
Rəqabətin artmasına baxmayaraq, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (DXDG) Xəzərdəki liderlik mövqeyini güzəştə getmək fikrində deyil. Bu barədə şənbə günü DXDG rəhbəri Aydın Bəşirov bildirib.
Dövlət Xəzər Dəniz Gəmiçiliyi gələcəkdə də Xəzərdə liderlik mövqeyini qoruyub saxlamaq niyyətindədir - DXDG rəhbəri

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.İsmayılov/

Rəqabətin artmasına baxmayaraq, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (DXDG) Xəzərdəki liderlik mövqeyini güzəştə getmək fikrində deyil. Bu barədə şənbə günü DXDG rəhbəri Aydın Bəşirov bildirib.

"Hazırda Xəzəryanı ölkələr öz gəmiçiliklərini yaradırlar və gəmilərin sayını artırırlar. Buna baxmayaraq, DXDG Xəzərdə yükdaşımalar üzrə lider mövqe tutur və onu gələcəkdə də saxlamaq fikrindədir", - Bəşirov bildirib.

Onun sözlərinə görə, 2011-ci ilin birinci yarısında DXDG 6,16 milyon ton yük daşıyıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,6 faiz çoxdur.

DXDG tərəfindən daşınan yüklərin ümumi həcmindən 3,6 milyon tona yaxını tankerlərlə, 622,5 min tonu quru yük gəmiləri ilə, 1,96 milyon tonu bərələrlə daşınıb.

Bəşirovun sözlərinə görə, daşınan yüklərin ümumi həcmindən 6,065 milyon ton Xəzərdəki yükdaşımaların payına düşür, yerdə qalan 95,3 min ton isə Xəzərin hüdudlarından kənara daşınıb.

Xəbər lenti

Xəbər lenti