...

Bakıda içməli suyun verilişində məhdudiyyətlər yaranıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2011 12:10 (UTC +04:00)
Bakıda Akim Abbasov və Ələsgər Ələkbərov küçələrinin kəsişməsində 350 mm diametrli xətdə baş vermiş qəza ilə əlaqədar Yasamal rayonunun bəzi ərazilərinə içməli suyun verilişində məhdudiyyətlər yaranıb.
Bakıda içməli suyun verilişində məhdudiyyətlər yaranıb

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Bakıda Akim Abbasov və Ələsgər Ələkbərov küçələrinin kəsişməsində 350 mm diametrli xətdə baş vermiş qəza ilə əlaqədar Yasamal rayonunun bəzi ərazilərinə içməli suyun verilişində məhdudiyyətlər yaranıb. Bu barədə çərşənbə günü "Azərsu" ASC-nin məlumatında deyilir.

Bununla əlaqədar "Salyan kazarması" adlanan hərbi şəhərcik, İ.Qutqaşınlı küçəsi və "İzmir" prospektinin bir hissəsinin su təchizatı müvəqqəti dayandırılıb.

İyulun 5-i axşam saatlarından Yasamal Sukanal Sahəsinin qəza-bərpa qrupu qəzanın nəticələrinin aradan qaldırılmasına başlayıb və təmir işləri bu gün başa çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti