...

Ernst & Young "Ödəniş və mükafatların icmalı" adlı yeni xidmət məhsulu işləyib hazırlamışdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2011 16:12 (UTC +04:00)
Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi. şirkətinin Vergi və Hüquq şöbəsi " Ödəniş və mükafatların icmalı" adlı yeni xidmət məhsulunun işlənib hazırlanmasına həsr olunmuş işgüzar səhər yeməyi təşkil etmişdir. Ernst & Young-ın Vergi və Hüquq şöbəsinin müdiri Arzu Hacıyeva hesab edir ki, bu yeni məhsul İnsan resursları və Maliyyə menecerləri üçün İnsan resursları ilə əlaqədar məsələlərdə qərar qəbulu prosesində kifayət qədər güclü alət olacaqdır.
Ernst & Young "Ödəniş və mükafatların icmalı" adlı yeni xidmət məhsulu işləyib hazırlamışdır

Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi. şirkətinin Vergi və Hüquq şöbəsi " Ödəniş və mükafatların icmalı" adlı yeni xidmət məhsulunun işlənib hazırlanmasına həsr olunmuş işgüzar səhər yeməyi təşkil etmişdir. Ernst & Young-ın Vergi və Hüquq şöbəsinin müdiri Arzu Hacıyeva hesab edir ki, bu yeni məhsul İnsan resursları və Maliyyə menecerləri üçün İnsan resursları ilə əlaqədar məsələlərdə qərar qəbulu prosesində kifayət qədər güclü alət olacaqdır.

Arzu Hacıyeva qeyd etdi: "İcmal iştirakçılarından toplanan məlumatlar Ernst&Young tərəfindən işlənmiş xüsusi alət vasitəsilə təhlil ediləcəkdir. Bizim məhsulumuz özünəməxsus çevikliyi və müfəssəlliyi ilə seçilir. Məsələn, biz sənaye icmalları, İnsan resursları siyasəti və təcrübəsi üzrə ətraflı hesabatlar təqdim edəcəyik. Əlavə olaraq, son məhsul istifadəçilərə məlumatı cədvəl və qrafik formasında təhlil etmək imkanı verən müqayisəli təhlil üçün xüsusi proqramla birgə elektron formada mövcud olacaqdır".

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən bir sıra əsas beynəlxalq və yerli şirkətlərin İnsan resursları üzrə müdirləri və Baş Menecerləri iştirak etdilər.

Ernst & Young haqqında

Ernst & Young audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim 141.000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş icmaların potensialını açaraq, perspektivlər yaradırıq.

Ernst & Young, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Kazan, Krasnodar, Tolyatti, Yujno-Saxalinsk, Almatı, Astana, Atırau, Bakı, Kiyev, Donetsk, Daşkənd, Tbilisi və Minskdə yerləşən 18 ofisdə 3,500 peşəkar çalışır.

Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.

Ernst & Young Azərbaycanda

Ernst & Young 17 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə, o cümlədən banklara və digər maliyyə təşkilatlarına xidmət göstərən 120 işçi çalışır. Ernst & Young-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, Ernst & Young-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz

Xəbər lenti

Xəbər lenti