...

"Texnika Bank"a fəxri diplom təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2011 18:14 (UTC +04:00)
"Gənclərlə iş üzrə ən yaxşı ilk həmkarlar ittifaqı təşkilatı" adı uğrunda elan olunmuş Respublika baxış-müsabiqəsində "Texnika Bank" ASC-nin Həmkarlar Təşkilatı iştirak edib və 10 nominant arasında 3 yerə layiq görülüb.
"Texnika Bank"a fəxri diplom təqdim olunub

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin 24 iyun 2010-cu il tarixli qərarı ilə "Gənclərlə iş üzrə ən yaxşı ilk həmkarlar ittifaqı təşkilatı" adı uğrunda elan olunmuş Respublika baxış-müsabiqəsində "Texnika Bank" ASC-nin Həmkarlar Təşkilatı iştirak edib və 10 nominant arasında 3 yerə layiq görülüb. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

11 iyul 2011-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının zalında keçirilmiş mərasimdə "Texnika Bank" ASC-nin Həmkarlar Təşkilatına qiymətli hədiyyə və fəxri diplom təqdim olunub.

"Texnika Bank" ASC-nin Həmkarlar Təşkilatı 2007-ci ildən fəaliyyət göstərir və gənclərin konstitusiya hüquqlarının qorunması, əmək problemlərinin həlli, intellektual potensiallarının aşkar olunması istiqamətində uğurlu fəaliyyət göstərir.

"Texnika Bank" ASC 1993-cü ildə təsis olunub və hazırda ölkənin bank sektorunda əhəmiyyətli banka çevrilib. Geniş filial şəbəkəsinə malik bankın Bakı şəhəri və regionlarda yerləşən 35 filial və 5 şöbəsi istifadəyə verilib. Hazırda "Texnika Bank" özünün 637 işçidən ibarət personalı ilə müştərilərinə bütün növ bank xidmətləri göstərir.

Xəbər lenti

Xəbər lenti