...

Azərbaycanda büdcə təşkilatlarının balansında olan avtomobillər üçün yürüş həddi müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2011 17:57 (UTC +04:00)
Nazirlər Kabinetinin qərarına uyğun olaraq, dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda xidməti avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi müəyyən olunub.
Azərbaycanda büdcə təşkilatlarının balansında olan avtomobillər üçün yürüş həddi müəyyən edilib

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq, dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda xidməti avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi müəyyən olunub.

Aşağıda göstərilən normalar dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddini müəyyən edir:

Təsdiqlənmiş normalara uyğun olaraq, xidməti minik avtomobilləri üçün yürüş həddi ayda 2000 kilometr, avtobuslar üçün - 1500 kilometr, xüsusi təyinatlı avtonəqliyyat vasitələri üçün (təcili tibbi yardım və yanğınsöndürən avtomobikllər istisna olmaqla) - 1500 kilometr, yük avtomobilləri - 1500, motosiklet və motorollerlər üçün 500 kilometr və qonaqlara xidmət edən minik avtomobilləri üçün 1000 kilometr nəzərdə tutulub.

Bu normalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı üçün nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti