Türkmənistan, Aşqabad, 21 iyul /Trend, müxbir H.Həsənov/
Aşqabadda Türkmənistanla Asiya İnkişaf Bankı (AİB) arasında "Şimal-Cənub" beynəlxalq dəmir yolu layihəsi çərçivəsində 25 il müddətinə 125 milyon dollar məbləğində kredit sazişi imzalanıb. Trend-in məlumatına görə, bu barədə rəsmi türkmən mənbəsi xəbər verir.
Sənədi imzalamaq üçün AİB-in vitse-prezidenti Şiayu Jao Türkmənistana gəlib.
Bu saziş 311 kilometrlik Qızılqaya-Bereket-Etrek dəmir yolunun Bereket-Buzrun hissəsinin enerji təchizatı, siqnalizasiya sistemləri, rabitə və texniki avadanlıqların alınması və quraşdırılması maliyyələşdirilməsini nəzərdə tutur. Saziş beş illik güzəşt dövrü ilə nəzərdə tutulub.