...

Azərbaycan bankı "Expressbank" nizamnamə kapitalını 11 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2011 16:58 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Expressbank"ın ümumi məbləği 56,67 milyon manat olan sadə, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Azərbaycan bankı "Expressbank" nizamnamə kapitalını 11 faiz artırır

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir N.İsmayılova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Expressbank"ın ümumi məbləği 56,67 milyon manat olan sadə, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının cümə günü yaydığı məlumatda deyilir.

Bank nizamnamə kapitalını səhmlərin nominal dəyərinin artırılması yolu ilə artırır. Belə ki, səhmlərin sayı saxlanmaqla (245 194 ədəd) kapitalda onların nominalı 208 manatdan 231,13 manatadək artırılıb.

Bunun nəticəsində şirkətin nizamnamə kapitalı 51 milyon manatdan 56,67 milyon manatadək və ya 11,1 faiz artırılacaq.

Əvvəllər "Azərnəqliyyat Bank" adlanan "Expressbank" 1989-cu ildə kommersiya bankı kimi təsis edilib. 2005-ci ildə açıq səhmdar cəmiyyətinə çevrilib.

İyulun 22-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti