...

Azərbaycanda həyatın yığım sığortasının tətbiqinə maraq artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2011 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycanın sığorta şirkətləri həyat sığortasının könüllü növlərini aktiv inkişaf etdirməyə başlayıblar.

"Hazırda "Qala Həyat" həyat sığortası şirkəti yığım sığortası məhsulunun tətbiqi üzərində çalışır", - Azərbaycanda yeganə təkrar sığorta şirkəti "AzRe Reinsurance"in idarə heyətinin sədri Vüsal Abbasov bildirib.

"Qanunvericiliyə görə, şəxsin əmək haqqının həyat sığortasına yönəldilən bir hissəsi gəlir vergisinin və dövlət icbari sosial sığorta üzrə ayırmaların ödənilməsindən azad edilir. Müqavilənin fəaliyyət dövrü başa çatdıqdan sonra (onu ən azı üç illiyə bağlamaq mümkündür) həmin şəxs sığorta şirkətində toplanan vəsaitini alır", - Abbasov deyib.

Onun sözlərinə görə, sığorta edən öz vəsaitlərinin idarə olunmasından da gəlir əldə edə bilər. Bu istiqamətdə şirkət könüllü sığortanın inkişafı üzrə görülən işlər çərçivəsində yeni məhsul hazırlayır.

"Biz həyatın yığım sığortasının könüllü növlərini, ölüm hallarından sığortalanmanı və və digərlərini inkişaf etdirmək fikrindəyik. İndi biz bu növlər üzrə məhsullar üzərində işləyirik", - Abbasov deyib.

"Qala Həyat" SŞ sığortanın dörd könüllü və bir icbari növü üzrə icazəyə malikdir. "Qala Həyat" "Qala Sığorta"nın fəaliyyətinin yenidən qurulması əsasında yaranıb. Şirkət aktiv fəaliyyətə 2011-ci ildən başlayıb.

Abbasovun sözlərinə görə, bu gün şirkətin portfelinin 90 faizi bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığortanın payına düşür.

"Atəşgah Həyat" həyat sığortası şirkətinin idarə heyəti sədrinin müavini Əkbər Mədətlinin sözlərinə görə, həyatın yığım sığortası müqaviləsinə görə, şirkətin iki il əvvəl təqdim etdiyi məhsulun sığorta edəni əməkdaş deyil, işəgötürəndir.

"Hazırda bizim həm iri, həm də kiçik korporativ müştərilərimiz var ki, onlar öz işçiləri üçün vergidən azad vəsait toplayırlar", - Mədətli deyib.

Sığorta dövründə sığorta edənin öldüyü halda sığorta məbləği müqavilədə göstərilən və ya sığorta edənin varisi olan qazanc əldə edənə ödənilir. Bank depozit hesabından fərqli olaraq sığortalanmış şəxs ödənilmiş məbləğ və yığım faizindən başqa, öz ölümü zamanı ailəsinin maliyyə təminatına əminlik əldə edir. Belə olan halda sığorta şirkəti sığorta məbləği həcmində ödəniş həyata keçirir. Əgər pullar banka qoyulubsa, onda öləni varisi yalnız qoyulan məbləği ala bilər.

Xəbər lenti

Xəbər lenti