...

"Kapital Bank"ın aktivləri ilin birinci yarısında 12 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2011 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Kapital Bank"ın aktivləri 2011-ci ilin birinci yarısında 11,8 faiz artaraq iyulun 1-nə 874,4 milyon manat təşkil edib. Bu barədə çərşənbə günü Trend-ə bankdan deyiblər.

Hesabat dövrü ərzində bankın aktivlərinin rentabellik əmsalı (ROA) 0,54 faiz, məcmu kapitalın rentabellik əmsalı (ROE) isə 8,62 faiz təşkil edib. Bankın ilin birinci yarısının yekunları üzrə likvidliyi 80,8 faiz olub.

Bankın kredit portfeli ilin əvvəlindən 16,4 faiz artıb və 591,6 milyon manat təşkil edib. Orada istehlak kreditləri 6,78 milyon manat, ipoteka kreditləri isə 18,84 milyon manat olub.

Bankın depozit portfeli 304,1 milyon manata çataraq ilin əvvəlindən 4,4 faiz artıb. İyulun 1-nə olan vəziyyətə görə, fiziki şəxslərin əmanətləri 238,7 milyon manat təşkil edib. Bankın yerli emitentlərin qiymətli kağızlarına qoyulan investisiyaları 13,98 milyon manat olub.

İyulun 1-nə olan vəziyyətə görə, bankın məcmu kapitalı 71,88 milyon manat, nizamnamə kapitalı isə 30 milyon manat təşkil edib.

İlin birinci yarısının yekunları üzrə bankın ümumi öhdəlikləri 769,85 milyon manat olub. Bankın ümumi gəlirləri 39,1 milyon manat təşkil edib. Orada faiz gəlirləri hesabına bank 21,1 milyon manat, faizsiz gəlirlər hesabına isə 17,9 milyon manat qazanıb. İlin birinci yarısının yekunları üzrə bankın mənfəəti 4,35 milyon manat təşkil edib.

Bankın buraxdığı plastik kartların sayı 2 095 390 ədəd, bankomatlarının 401, POS-terminallarının sayı isə 416 ədəd təşkil edib. Hazırda ölkədə bankın 89 filialı və 11 şöbəsi fəaliyyət göstərir.

Hazırda "Kapital Bank"ın səhmdarı "Paşa Holdinq"dir. Ona səhmlərin 97,75 faizi məxsusdur. 2008-ci ilin yayınadək "Kapital Bank" tamamilə dövlət mülkiyyətində olub.

İyulun 27-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti