...

Azərbaycanda külli miqdarda vergidən yayınan sahibkar həbs edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2011 12:02 (UTC +04:00)
Məhkəmənin qərarı ilə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış "Alliance 1" və "Xarə" MMC-lərin direktoru Şamil İbrahimov həbs olunub.
Azərbaycanda külli miqdarda vergidən yayınan sahibkar həbs edilib

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir N.İsmayılova/

Məhkəmənin qərarı ilə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış "Alliance 1" və "Xarə" MMC-lərin direktoru Şamil İbrahimov həbs olunub. Qanun pozuntusu Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində aparılan araşdırma zamanı aşkar edilib. Trend-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin məlumatında deyilir.

İbrahimov "Alliance 1" MMC-nin direktoru vəzifəsində işləyərkən 2008-ci ilin iyun-dekabr ayları üzrə əlavə dəyər vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil edərək ümumilikdə 39.691,30 manat ƏDV-ni dövlət büdcəsinə ödəməkdən yayınıb.
Bununla yanaşı, "Xarə" MMC-də 2008-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi və illik mənfəət vergisindən dövlət büdcəsinə 43.190,53 manat məbləğində vergi ödənilməyib.

Bununla da İbrahimov 82.882,83 manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayınmaqla cinayət əməli törədib.

Departamentin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində 21 iyul 2011-ci ildə İbrahimov tutulub və iyulun 23-də məhkəmə onun həbs edilməsi haqqında qərar çıxarıb.

İyulun 28-nə rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti