...

Azərbaycanda qiymətli kağızlar bazarında risqlərin idarə olunması və aşkar edilməsi mexanizmi yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2011 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin birinci yarısında qiymətli kağızlar bazarı 5,1 dəfə, korporativ qiymətli kağızlar bazarı isə 1,5 dəfə artıb. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2011-ci ilin 6 ayı üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında komitənin sədri Rüfət Aslanlı bildirib. Trend-in məlumatına görə, bu barədə komitənin məlumatında deyilir.

İclasda qeyd olunub ki, hesabat dövründə bazara yeni xüsusiyyətli alətlər - konvertasiya edilən istiqrazlar çıxarılıb, korporativ istiqrazlarla repo əməliyyatlarının aparılmasını təmin edən hüquqi və institusional baza formalaşdırılıb, qiymətli kağızlarla ticarət və onların depozitar uçotu sistemləri beynəlxalq təcrübəyə uyğunlaşdırılıb.

Aslanlı cari ilin 6 ayını bütövlükdə Komitə üçün məhsuldar dövr kimi qiymətləndirərək, ilin qalan dövrü ərzində "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafına dair Dövlət Proqramı"nın icrası proseslərinin effektiv əlaqələndirilməsi və işlərin sürətləndirilməsini, "Qiymətli kağızlar bazarı haqqında" yeni qanun üzərində işlərin tamamlanaraq layihənin təqdim olunmasını və bütövlükdə qanunvericiliyin qabaqcıl standartlara uyğunlaşdırılmasının əsasən tamamlanmasını, qiymətli kağızlar bazarında ticarət və post-ticarət proseslərinin birbaşa emal prinsipləri əsasında qurulması işlərinin yekunlaşdırılması və ödəniş sistemlərinə inteqrasıya olunmasını QKDK-nın qarşısında duran prioritet vəzifələr kimi qeyd edib.

Aslanlı bazarın tənzimlənməsi metod və vasitələrinin qabaqcıl standartlar əsasında təkmilləşdirilməsi, maliyyə sabitliyinin təmin olunması məqsədilə sistem xarakterli risklərin aşkarlanması və idarəolunması mexanizmlərinin yaradılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və texniki yardımlardan səmərəli istifadə edilməsi üzrə konkret tapşırıqlar verərək 2011-ci ilin QKDK üçün "potensialın genişləndirilməsi və inkişaf etdirilməsi ili" olduğunu iclas iştirakçılarına xatırladıb və bu istiqamətdə nəzərdə tutulan tədbirlərin cari ilin sonunadək yekunlaşdırılmasını tapşırıb.

Xəbər lenti

Xəbər lenti