...

Azərbaycanın iri şəhərlərində bostan məhsulları yoxlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2011 16:31 (UTC +04:00)
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyası əməkdaşlarınıbazarlarda satılan yemiş və qarpızlarda nitrat tərkibinin səviyyəsini yoxlamaq üçün ölkə regionlarına göndərməyi planlaşdırır.
Azərbaycanın iri şəhərlərində bostan məhsulları yoxlanılır

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyası əməkdaşlarını bazarlarda satılan yemiş və qarpızlarda nitrat tərkibinin səviyyəsini yoxlamaq üçün ölkə regionlarına göndərməyi planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə laboratoriyanın rəhbəri Yaqub İbrahimov deyib.

"Biz respublikanın iri şəhərlərinin, əhalisi sıx olan, məsələn, Gəncə, Sumqayıt şəhərlərinin bazarlarında satılan bostan məhsullarının laborator analizlərini aparmağı planlaşdırırıq", - İbrahimov qeyd edib.

Mövsümlə əlaqədar bu yoxlamalar avqusta nəzərdə tutulub.

"Hazırda biz Bakının bazarlarında yemiş və qarpızlarda nitratların normadan artıqlığını yoxlayırıq. Laborator analizlərin yekunlarına görə, artıq yemişlərin satışdan çıxarılması halları olub və onların məhv edilməsi barədə qərar qəbul edilib", - İbrahimov qeyd edib.

Reydlər 8-ci kilometr qəsəbəsində kənd təsərrüfatı məhsullarının topdansatış bazarında aparılıb. Orada Sabirabad və Kürdəmirdən gətirilən yemiş və qarpızlarda nitratların çox olması aşkarlanıb. Yoxlamalar "Təzə bazar"da, Nəsimi bazarında da aparılıb, lakin nəzarət tədbirləri paytaxtda fəaliyyət göstərən bütün bazarlarda aparılacaq. Onların sayı 10-u ötür.

"Yemişlərdən fərqli olaraq, qarpızlarda zərərli maddələr aşkarlanmayıb", - İbrahimov əlavə edib.

Xəbər lenti

Xəbər lenti