...

Azərbaycan Mərkəzi Bankı əskinasçeşidləyici sistemlərin istismarı üzrə tenderin qalibini müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2011 17:49 (UTC +04:00)
Tender komissiyasının qərarına görə, tenderin qalibi "Halal-P" MMC və "Caspian Business Group" MMC olublar.
Azərbaycan Mərkəzi Bankı əskinasçeşidləyici sistemlərin istismarı üzrə tenderin qalibini müəyyən edib

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) xəzinə infrastrukturunun fəaliyyətini və əskinasçeşidləyici sistemlərin istismarını təmin etmək üçün tələbata uyğun qablaşdırma materiallarının satın alınması üzrə elan edilən tenderin qalibini müəyyən edib. Trend-in məlumatına görə, bu barədə AMB-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Tender komissiyasının qərarına görə, tenderin qalibi "Halal-P" MMC və "Caspian Business Group" MMC olublar.

Qalib elan edilmiş şirkətlərlə artıq müvafiq müqavilələr bağlanılıb.

Xəbər lenti

Xəbər lenti