...

İranın iqtisadi inkişafı artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2011 16:57 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu sonuncu məruzəsində İranın iqtisadi inkişafının cari ildə 3,2 faizə çatacağını bildirib.
İranın iqtisadi inkişafı artacaq

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir D.Xatınoğlu/

Beynəlxalq Valyuta Fondu (International Monetary Fund) sonuncu məruzəsində İranın iqtisadi inkişafının cari ildə 3,2 faizə çatacağını bildirib.

Trend-in məlumatıənba görə, BVF aprel ayında yaydığı məruzədə 2011-ci ildə İranın iqtisadi inkişafının sıfır faiz təşkil edəcəyini proqnozlaşdırmışdı.

Beynəlxalq Valyuta Fondu İranda ötən ilin dekabr ayından etibarən subsidiyaların ləğvini müsbət qiymətləndirib və bildirib ki, subsidiyaların ləğvi ilə dövlətin xərcləri 60 milyard dollar azalacaq. Bu rəqəm isə ölkədə ÜDM-in 15 faizinə bərabərdir.

İran hakimiyyəti enerji və bəzi məhsulların subsidiyasının bir hissəsini ləğv edib. Ümumi büdcəyə əsasən, hakimiyyət subsidiyaların ləğvindən bir ildə 54 milyard dollar qazanc əldə edəcək, bu məbləğin yarısı kompensasiya kimi əhaliyə veriləcək (adambaşına ayda təxminən 45 dollar).

Fondun məruzəsinə görə, İranda inflyasiya 2008-ci ildə 24 faiz olsa da, hazırda bu rəqəm 12,4 faizə qədər azalıb.

İranın 75 milyondan çox əhalisi var.

Xəbər lenti

Xəbər lenti