...

Parabank nümunəvi müştərilər üçün Loyallıq layihəsinin həyata keçirilməsini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2011 14:14 (UTC +04:00)
Müstəqil Azərbaycanın ilk özəl banklarından biri olan Parabank həm hüquqi, həm fiziki şəxslər
Parabank nümunəvi müştərilər üçün Loyallıq layihəsinin həyata keçirilməsini davam etdirir

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Müstəqil Azərbaycanın ilk özəl banklarından biri olan Parabank həm hüquqi, həm fiziki şəxslərə xidmət göstərir. Müştərilərin sayını artırmaqla yanaşı, Parabank əməkdaşlıq etdiyi müştərilərin məmnunluğunu və rahatlığını əsas məqsəd kimi qarşısına qoyur.

Məhz bu baxımdan 2011-ci ilin İyul ayından etibarən Parabank Loyallıq layihəsinə start verib. Bu layihənin tətbiqi ilə bank bir neçə məqsəd güdür.

Əsas məqsəd - daimi və etibarlı müştərilər üçün əlverişli və faydalı şərtlər yaratmaqla məmnunluğunu qazanmaq və əməkdaşlığı möhkəmləndirməkdir. Digər məqsəd isə - sosial xarakteri daşıyır və banka müraciət edən vətəndaşları kredit alarkən yaranan bütün öhdəliklər haqqında təlimatlandırmaqdan və onların müsbət kredit tarixçələrinə sahib olmaqlarını təmin etməkdən ibarətdir.

Artıq bu layihə çərçivəsində təxminən 500-ə yaxın müştəri bankın kredit məshullarından təkrarən istifadə etmişdir. Kredit əldə edən müştərilər əsasən faiz dərəcəsinin güzəştlərindən, komissiya haqqında endirimlərdən və kreditin uzunmüddətli verilməsindən öz məmnunluqlarını bildiriblər. Misal üçün əgər müştəri artıq 5-ci dəfə bankdan kredit əldə edərsə, o zaman müştəri movcüd faiz dərəcəsindən 4% aşağı və cəmi 0.5% komissiya haqqı ödəyəcək. Bundan əlavə müştərilər girovun dəyərinin 90%-i həcmində də kredit əldə edə bilərlər. Bank bu güzəştləri mütəmadi olaraq öz nümunəvi müştərilərinə təqdim edəcək və eyni zamanda, yeni gələn müştərilər də ilk kreditini ödədikdən sonra bu üstünlüklərdən yararlana biləcəklər. Bu güzəştlər Bankımızın təqdim etdiyi həm biznes kreditlərinə, həm də istehlak kreditlərinə şamil olunur.

Loyallıq layihəsi barədə ətraflı məlumat əldə etmək üçün istənilən Parabank filialına yaxınlaşa və ya 139 Banka Zəng xidmətindən istifadə edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti