...

Azərbaycan bankı "Texnika Bank"ın depozit portfeli 40 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2011 13:05 (UTC +04:00)
Cari ilin iyul ayının sonuna Azərbaycan bankı "Texnika Bank"ın aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 22,1 faiz artaraq 563,7 milyon manat olub.
Azərbaycan bankı "Texnika Bank"ın depozit portfeli 40 faizdən çox artıb

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir N.İsmayılova/

Cari ilin iyul ayının sonuna Azərbaycan bankı "Texnika Bank"ın aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 22,1 faiz artaraq 563,7 milyon manat olub. Trend-in məlumatına görə, bu barədə bankın məlumatında deyilir.

Kredit portfeli 19,9 faiz artaraq 360,6 milyon manata çatıb. Depozit portfeli ötən illə müqayisədə 40,6 faiz artaraq 282,5 milyon manata çatıb.

İl ərzində bankın məcmu kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,3 faiz artıb və hesabat dövründə bankın məcmu kapitalı 99,86 milyon manata çatıb. Nizamnamə kapitalında isə 20,6 faiz artım müşahidə olunub və 64,8 milyon manat təşkil edib. Bankın gəliri hesabat dövrü ərzində 3,75 milyon manat təşkil edib.

Bankın 35 filialı və 7 şöbəsi var.

"Texnika Bank" bank bazarında 1993-cü ildən fəaliyyət göstərir və 2007-ci ilədək 100 faiz Azərbaycan bankı olub. Bu gün bankın majoritar səhmdarı kimi "World Wines" şirkəti çıxış edir. Şirkət bankın səhmlərinin 75 faizinə sahibdir. Bankın Müşahidə Şurasının sədri Etibar Əliyev səhmlərin 15 faizinə, ABŞ-ın "Kazimir Investment Caspian Fund" holdinqi isə səhmlərin 10 faizinə nəzarət edir.

Avqustun 12-nə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti