...

"Coca-Cola"-nın "Xoşbəxtlik maşını" Azərbaycanda minlərlə insanı sevindirdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2011 16:08 (UTC +04:00)
"Coca-Cola"-nın "Xoşbəxtlik maşını" Azərbaycanda minlərlə insanı sevindirdi
"Coca-Cola"-nın "Xoşbəxtlik maşını" Azərbaycanda minlərlə insanı sevindirdi (FOTO)

Dünyada ən iri alkoqolsuz içkilər istehsalçısı "Coca-Cola" şirkətinin "Xoşbəxtlik maşını" Azərbaycanda səyahətini davam etdirir. Uzərinə "Xoşbəxtliyin növbəti dayanacağı harada olacaq?" yazılmış yük avtomobili, iyul ayından etibarən Bakı və paytaxtın ətrafları, habelə Sumqayıt, Gəncə, Şəmkir, Tovuz, Qazax və Evlax şəhərlərində insanları heyrətləndirərək sərinləşdirici Coca-Cola içkisi, futbol köynəkləri, kepkalar, məhrabalar, çantalar, "hava ilanları", həmçinin, toplar, skeytlər, yumşaq oyuncaqlar və digər hədiyyələri paylayır.

Ay ərzində 30 000-ə yaxın yerli sakin və xarici qonaq, "Coca-Cola"-dan hədiyyə alaraq xoşbəxt anlar yaşayıblar. "Xoşbəxtlik maşını"-ni Azərbaycanın hər bir guşəsində görmək olar. Yaxın zamanlarda yük avtomobili Lənkəran, Astara, Masallı, Cəlilabad və Səlyan şəhərlrinə üz tutacaq. "Xoşbəxtlik maşını"-nın səyahətnaməsi avqustun axırı Bakıda və Abşeron çimərliklərində başa çatacaq. Sərinləşdirici içki və ya hədiyyə qazanmaq üçün avtomobilin arxasında quraşdırılan düyməni sıxmaq kifayətdir.

"Xoşbəxtlik" maşınının ilk səfərlərindən hazırlanmış videoçarxa YouTube-da seyr etmək mümkündür: http://www.youtube.com/watch?v=-RwWo0lpkxY Coca-Cola-nın 125 illiyinə həsr olunmuş aksiya "Xoşbəxtliyin növbəti dayanacağı harada olacaq?" şüarı altında, şirkətin "Xoşbəxtliyi aç!" ("Open Happiness!") qlobal hadisə konsepsiyası layihəsinə uyğun olaraq həyata keçirilir.

Artıq bu kampaniya dünyanın bir sıra ölkələrində uğurla həyata keçirilib - Braziliyada, Filipində, Kanadada, Çində və s. Azərbaycan MDB məkanında bu kampaniyanın keçirildiyi ilk ölkədir.

1886-cı ildə əczaçı Jon Pamberton tərəfindən təməli qoyulmuş The Coca Cola Company 125 il ərzində iki yüz ölkədə fəaliyyət göstərən, işçilərini sayı 139 000 artıq olan nəhəng bir şirkətə çevrilmişdir.

Uzun illər dünyanın ən qiymətli brendi adını qoruyan Coca-Cola, 2010-cu ildə ümumdünya brend-konsaltinq üzrə "İnterbrand" agentliyinın dünya brendləri reytinqində birinci yeri tutub.

Xəbər lenti

Xəbər lenti