...

Azərbaycanda Korporativ Etika Məcəlləsi hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2011 13:34 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi tərəfindən sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərinin davamı olaraq nümunəvi Korporativ Etika Məcəlləsi hazırlayıb.
Azərbaycanda Korporativ Etika Məcəlləsi hazırlanıb

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi tərəfindən sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərinin davamı olaraq nümunəvi Korporativ Etika Məcəlləsi hazırlayıb. Trend-in məlumatına görə bu barədə nazirliyin məlumatında deyilir.

Nazirliyin rəsmi saytında yerləşdirilən məcəllə kommersiya təşkilatlarının korporativ idarə edilməsinin təkmilləşdirilməsinə, eləcə də təşkilatların fəaliyyətinin keyfiyyətcə yaxşılaşdırılmasına kömək edir.

Məcəllədə şirkətin uzunmüddətli və qısamüddətli məqsədi, vacib hesab etdiyi qlobal dəyərlər, tərəfdaşlarla münasibətlər, əməkdaşların şirkət daxilində davranış qaydaları və s. kimi məsələlər öz əksini tapıb. Sənədin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin nüfuzlu şirkətlərinin bu sahədəki təcrübəsi öyrənilib, məcəllənin tətbiqinin müəssisədə yaradacağı üstünlüklər araşdırılıb.

Dünya təcrübəsi göstərir ki, tətbiq edilməsi tövsiyə xarakterli olan Korporativ Etika Məcəlləsi şirkətlərin yüksək etibarlılıq əldə etməsində, qeyri-etik davranışa malik olan əməkdaşlardan və tərəfdaşlardan müdafiə olunmaqda, professional fəaliyyətə, yüksək məhsuldarlığa və rəqabət üstünlüklərinə nail olmaqda, daha çox kapital qoyuluşu, kredit və xarici sərmayələrin cəlb edilməsində, həmçinin şirkətlərin beynəlxalq səviyyədə tanınmasında əhəmiyyətli rola malikdir.

Xəbər lenti

Xəbər lenti