...

"Qatar Airways" Azərbaycan və Gürcüstana aviareyslərin başlanma tarixini dəyişdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2011 11:14 (UTC +04:00)
"Qatar Airways" aviaşirkəti Azərbaycan və Gürcüstana hava reyslərinin başlayacağı tarixi dəyişdirib.
"Qatar Airways" Azərbaycan və Gürcüstana aviareyslərin başlanma tarixini dəyişdirib

Azərbaycan, Bakı, 22 avqust /Trend/

"Qatar Airways" aviaşirkəti Azərbaycan və Gürcüstana hava reyslərinin başlayacağı tarixi dəyişdirib. Trend-in məlumatına görə, bu barədə AMEinfo informasiya portalı xəbər verib.

Əvvəlcə noyabrın 30-dan başlaması planlaşdırılan Doha-Bakı-Tbilisi aviamarşrutu üzrə uçuşlar gələn il fevrfalın 1-dən start götürəcək.

"Bir çox marşrutlarda nəzərdə tutulan tutumun artırılması ilə əlaqədar olaraq biz təyyarələrin çatışmaması problemi ilə üzləşdik, ona görə də iki marşrutun buraxılması tarixinə yenidən baxmağı və fevral ayına keçirməyi qərara aldıq", - şirkətin baş direktoru Əkbər əl-Baker bildirib.

Onun sözlərinə görə, bilet alan və bu aviareyslərə təsdiqlənmiş bronları olan sərnişinlər təyinat məntəqəsində alternativ reyslər üzrə bronlaşdırılmış yerlərə malik olacaqlar.

Xəbər lenti

Xəbər lenti