...

Avqustda Azərbaycanın nəqliyyat sektorunda daşıma tarifləri ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2011 18:41 (UTC +04:00)
Avqustda Azərbaycanın nəqliyyat sektorunda yükdaşımaların tarifləri iyul ayına nisbətən 0,2 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 3,2 faiz bahalaşıb.
Avqustda Azərbaycanın nəqliyyat sektorunda daşıma tarifləri ucuzlaşıb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir E.İsmayılov/

Avqustda Azərbaycanın nəqliyyat sektorunda yükdaşımaların tarifləri iyul ayına nisbətən 0,2 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 3,2 faiz bahalaşıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınması üzrə orta tarifi yerli əlaqə üzrə 6,4 faiz, digər ölkələrdən gətirilmə üzrə 1,6 faiz, tranzit yüklərin daşınması üzrə 0,1 faiz bahalaşıb, digər ölkələrə göndərilmə üzrə isə 9,6 faiz ucuzlaşıb. Dəmir yolu vasitəsilə beynəlxalq əlaqədə sərnişindaşıma tarifləri 0,1 faiz artıb.

Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə 1 ton yükün daşınma tarifi 0,1 faiz, uzaq xarici ölkələrə isə 14,2 faiz ucuzlaşıb.

Hava nəqliyyatında MDB ölkələrinə 1 ton yükün daşınma tarifi 0,1 faiz artıb. Sərnişindaşıma tarifləri hava nəqliyyatında MDB və uzaq xarici ölkələrə müvafiq olaraq 16,4 və 10,3 faiz bahalaşıb.

Boru kəməri vasitəsilə qazın nəqli üzrə tariflərdə heç bir dəyişiklik baş verməyib, neftin nəql tarifləri isə 0,2 faiz artıb.

Xəbər lenti

Xəbər lenti