...

Azərbaycan Mərkəzi Bankı SBFIC ilə əməkdaşlıq barədə razılıq əldə edib (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2011 18:43 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə savadlılığı üzrə Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) ilə əməkdaşlıq barədə razılıq əldə edib.
Azərbaycan Mərkəzi Bankı SBFIC ilə əməkdaşlıq barədə razılıq əldə edib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 18:12-də yayılıb)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə savadlılığı üzrə Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) ilə əməkdaşlıq barədə razılıq əldə edib. Trend-in məlumatına görə, bu barədə AMB-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Fondun Azərbaycanda maliyyə savadlılığının artırılması tədbirlərində iştirak etməyə və Almaniya hökumətinin bu məqsədlə maliyyə vəsaiti ayırmağa hazır olduğu bildirilib. Bu əməkdaşlığın məqsədlərindən biri əhalinin əsassız borclanmasının qarşısını almaq üçün gənc yaşlarından maliyyə savadının aşılanmasından ibarətdir", - məlumatda bildirilir.

Əməkdaşlıq proqramına uyğun olaraq, Fondun dəstəyi ilə 2011/2012-ci və növbəti tədris illərində ölkənin seçilmiş (pilot) məktəblərində şagirdlərin maliyyə savadlılığının artırılması üzrə tədbirlər nəzərdə tutulur. Bununla əlaqədar Azərbaycanın orta məktəblərində şagirdlərin maliyyə savadlılığının artırılması üzrə Təhsil Nazirliyi ilə birlikdə xüsusi layihə üzərində iş aparılır.

Xəbər lenti

Xəbər lenti