...

"Xalq Kapital"ın lisenziyasının fəaliyyəti dayandırıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2011 16:07 (UTC +04:00)
Dövlət Komitəsi tərəfindən 13 sentyabr 2011-ci il tarixində "Xalq Kapital" MMC-nin broker, diler və qiymətli kağızların idarə olunması üzrə lisenziyasının fəaliyyəti dayandırılıb.
"Xalq Kapital"ın lisenziyasının fəaliyyəti dayandırıldı

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 13 sentyabr 2011-ci il tarixində "Xalq Kapital" MMC-nin broker, diler və qiymətli kağızların idarə olunması üzrə lisenziyasının fəaliyyəti dayandırılıb. Trend-in məlumatına görə, bu barədə QKDK-nın çərşənbə günü yaydığı məlumatda deyilir.

"Xalq Kapital" "Xalq Bank"ın törəmə şirkətidir.

Hazırda Azərbaycanın qiymətli kağızlar bazarında 12 broker fəaliyyəti, 11 diler fəaliyyəti və 2 qiymətli kağızların idarə olunması, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.

Xəbər lenti

Xəbər lenti