...

Azərbaycanda endirim kampaniyası adı altında daha bir pozuntu aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2011 17:32 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti endirimlərin tətbiqi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı yoxlamaları davam etdirir.
Azərbaycanda endirim kampaniyası adı altında daha bir pozuntu aşkar olunub

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti endirimlərin tətbiqi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı yoxlamaları davam etdirir.

Aparılan yoxlama zamanı Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, 25V ünvanında Asif Yadigarova məxsus uşaq geyimlərinin satışı mağazasında istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunub. Belə ki, mağazanın ön tərəfindəki pəncərələrdə iri hərflərlə "Bütün geyimlərə 50% endirim" elanı yazılsa da, mağazada satılan uşaq geyimlərinin heç birinin qiymətinə endirim tətbiq edilmədiyi aşkar olunub. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.

Endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, istehlakçılardan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01, 498-15-04) müraciət etmələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti