...

"Bank Standard" İpoteka Fondunun xətti ilə 366 ipoteka krediti verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2011 12:45 (UTC +04:00)
Azərbaycan İpoteka Fondunun xətti ilə ipoteka kreditləşməsi bərpa olunandan bu günə kimi "Bank Standard"ın AİF xətti ilə verdiyi kreditlərin sayı 366, ümumi məbləği isə 14 milyon 700 min manat təşkil edib.
"Bank Standard" İpoteka Fondunun xətti ilə 366 ipoteka krediti verib

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Azərbaycan İpoteka Fondunun xətti ilə ipoteka kreditləşməsi bərpa olunandan bu günə kimi "Bank Standard"ın AİF xətti ilə verdiyi kreditlərin sayı 366, ümumi məbləği isə 14 milyon 700 min manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir. Bu kreditlərdən ümumi məbləği 700 min manat olan 21 kredit güzəştli şərtlərlə (sosial ipoteka) gənc ailələrə və hərbiçilərə verilib.

"Ümumilikdə, "Bank Standard" mənzil alınması məqsədilə təqdim olunan 561 müraciətdən 395-nə müsbət cavab verib", - məlumatda deyilir.

AİF xətti ilə ipoteka kreditləri "Bank Standard" tərəfindən Azərbaycan vətəndaşlarına milli valyutada, daşınmaz əmlakın girovu ilə təmin olunması şərtilə illik 8%-lə 25 ilədək olan müddətə verilir. Güzəştli ipoteka kreditləri isə illik 4% olmaqla 35 il müddətinədək rəsmiləşdirilir.

"Bank Standard" Azərbaycan Respublikası Mərkəzi Bankının nəzdində fəaliyyət göstərən İpoteka Fondunun müvəkkil banklarının siyahısına həmin fondun fəaliyyətə başladığı gündən daxil edilib. AİF ilə səmərəli əməkdaşlıq edən bank vətəndaşlardan yeni müraciətlər qəbul etməyi davam etdirir.

Müraciətlər "Bank Standard"ın ixtisaslaşmış "İpoteka" filalında qəbul olunur.

Sentyabrın 22-nə rəsmi məzənnə 0,7868 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti