...

ASB Bank kredit kartlarına 50 faiz endirim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2011 13:38 (UTC +04:00)
ASB Bank (Azərbaycan Sənaye Bankı) sentyabrın 22-dən etibarən kredit kartlarının illik xidmət haqqı tariflərinə 50%-lik güzəşt, debit kartlarını isə pulsuz olaraq təqdim etməyə başlayıb.
ASB Bank kredit kartlarına 50 faiz endirim edib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

ASB Bank (Azərbaycan Sənaye Bankı) sentyabrın 22-dən etibarən kredit kartlarının illik xidmət haqqı tariflərinə 50%-lik güzəşt, debit kartlarını isə pulsuz olaraq təqdim etməyə başlayıb.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, kampanya 2011-ci il dekabrın 31-dək davam edəcək.

"Azərbaycan Sənaye Bankı" ASC 1996-cı ildən fəaliyyətə başlayıb. 31 avqust 2011-ci ilin nəticələrinə görə, bankın aktivlərinin həcmi 164.982 mln. manat, depozit portfeli 90.688 mln. manat, kredit portfeli 135.366 mln.manat, nizamnamə kapitalı isə 24.000 mln. manat təşkil edir.

Bankın respublika üzrə 8 filialı, 1 şöbəsi, 32 bankomatı və 314 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 20.000-dən, cəmi müştərilərin sayı isə 35.800-dən çoxdur.

Xəbər lenti

Xəbər lenti