...

Azərbaycanla Qazaxıstanın iqtisadi əməkdaşlığının inkişaf etdirilməsi Bakıda müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2011 19:16 (UTC +04:00)
Sentyabrın 29-da Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək.
Azərbaycanla Qazaxıstanın iqtisadi əməkdaşlığının inkişaf etdirilməsi Bakıda müzakirə olunacaq

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir R.Daraxşan/

Sentyabrın 29-da Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. Bunu Trend-ə Azərbaycan sənaye və energetika nazirliyini mətbuat xidmətinin başçısı Azər Mənsimli bildirib.

İclasda iştirak etmək üçün komissiyanın həmsədri, Qazaxıstanın neft və qaz naziri Sauat Mınbayevin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək. Komissiyanın Azərbaycan tərəfdən həmsədri sənaye və energetika naziri cənab Natiq Əliyevdir. İclasda ikitərəfli iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının bundan əvvəlki iclası 2010-cu ilin noyabrında Astanada keçirilmiş və həmin iclasda Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafına və möhkəmləndirilməsinə dair təkliflər irəli sürülmüşdür. Həmçinin iclasda neft-qaz, kənd təsərrüfatı, nəqliyyat, turizm, səhiyyə, təhsil, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunmuşdur. İclas çərçivəsiində hökumətlərarası komissiyanın sədri, sənaye və energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Qazaxıstanın Baş naziri Kərim Məsimov ilə də görüşmüşdür. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

Xəbər lenti

Xəbər lenti