...

Tehranda ECO-ya üzv ölkələrin torpaq və xəritəçəkmə komitələri sədrlərinin ilk iclası keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2011 12:45 (UTC +04:00)
İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO - Economic Cooperation Organization) üzv ölkələrin Torpaq və xəritəçəkmə komitələri sədrlərinin ilk iclası bu gün Tehranda öz işinə başlayıb. Bu barədə Trend iribnews.ir saytına istinadən məlumat verir.
Tehranda ECO-ya üzv ölkələrin torpaq və xəritəçəkmə komitələri sədrlərinin ilk iclası keçirilir

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir T.Cəfərov/

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO - Economic Cooperation Organization) üzv ölkələrin Torpaq və xəritəçəkmə komitələri sədrlərinin ilk iclası bu gün Tehranda öz işinə başlayıb. Bu barədə Trend iribnews.ir saytına istinadən məlumat verir.

Məlumata əsasən, ikigünlük iclas zamanı ölkələr arasında xəritəçəkmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunacaq. İclasda Azərbaycan, İran, Türkiyə, Pakistan, Əfqanıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Qırğızıstanın nümayəndələri iştirak edirlər.

İclas çərçivəsində geodeziya, kartoqrafiya və xəritəçəkmə məsələləri üzrə komitələr yaradılacaq.

İclasın sonunda ECO-ya üzv ölkələrin torpaq və xəritəçəkmə komitələri arasında memorandum və protokolların imzalanacağı gözlənilir. İclasda növbəti görüşün hansı ölkədə keçiriləcəyi də müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti