...

"Parabank" müştərilərinə əlavə xidmətlər təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2011 13:39 (UTC +04:00)
Artıq "Parabank"ın müştəriləri VISA Electron, VISA Classic, VISA Gold, VİSA Platinum, VİSA İnfinite və VİSA Virtual kartlarını əldə edərək, öz hesablarından vəsaitlərini manat, ABŞ dolları və ya avro ilə çıxara biləcəklər.
"Parabank" müştərilərinə əlavə xidmətlər təklif edir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Artıq "Parabank"ın müştəriləri VISA Electron, VISA Classic, VISA Gold, VİSA Platinum, VİSA İnfinite və VİSA Virtual kartlarını əldə edərək, öz hesablarından vəsaitlərini manat, ABŞ dolları və ya avro ilə çıxara biləcəklər. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Parabankın plastik kartlarına sahib olan şəxs Bonus Cash Back, Sms Xəbərdarlıq, Mobil Bank xidməti, Hotel Club,Pin Change , Card to Card, Cash by Code, İnternet Bank, Kredit xətti üçün güzəştli kredit müddəti - 37 gün, Priority Pass, Səfər Sığortası üstünlüklərdən yararlana biləcək.

VISA Electron - Bu kart növü Bank xidmətlərindən ilk dəfə istifadə edənlər, maaş alanlar, tələbələr və diğər təqaüd alanlar üçün nəzərdə tutulub. Visa Elektron kartının özündə debet xüsusiyyətlərini cəmləşdirdiyi üçün müştərilər hesabda olan pul vəsaiti çərçivəsində əməliyyat apara bilərlər. Bu plastik kartın müddəti başa çatdıqda təkrar kart əldə etmək ödənişsizdir.

VISA Classic - Bu kart istər debet, istərsə də kredit xüsusiyyətlərini özündə cəmləşdirən kartdır. Müştərilər istənilən sayda əlavə kart sahibi ola bilərlər və onları əmək haqqı kartı kimi də istifadə edə bilərlər. Kart itirildiyi və ya oğurlandığı halda kartın yenidən hazırlanması pulsuzdur.

VISA Gold - Visa Gold plastik kartı həm debet, həm də kredit xüsusiyyətlərini özündə cəmləşdirir. Kart müştərilərə istənilən xidmətin və ya məhsulun ödənilməsi, eyni zamanda kart sahiblərinin həyatını asanlaşdıran və aydınlaşdıran bir sıra güzəştlər - səyahət zamanı göstərilən xidmətlər, tibbi və hüquqi yardım, o cümlədən hər hansı bir oteldə öncədən otaqların sifarişi və digər xidmətlər də daxildir.

Bundan əlavə Visa Gold sahibi Priority Pass xidmətindən istifadə etmə hüququ qazanır. Visa Gold kartın sahiblərinə 1 illik Priority Pass üzvlük kartı hədiyə olunur və VİP zallara 1 dəfə bank tərəfindən ödənilir. Visa Gold kartların sahiblərinə 1 illik sığorta şəhadətnaməsi hədiyə olaraq verilir. Səyahət Sığortası xaricdə olarkən 30 gün ərzində Sizi qoruyacaq.

VISA Platinum - kartı xüsusi olaraq sizin həyat tərzinizə uyğun yaradılıb. Bu kart həm debet, həm də kredit xüsusiyyətlərini özündə cəmləşdirir. Visa Platinum kartın sahiblərinə 1 illik Priority Pass üzvlük kartı hədiyə olunur və VİP zallara 3 dəfə bank tərəfindən ödənilir. Visa Platinum kartların sahiblərinə 1 illik sığorta şəhadətnaməsi hədiyə olaraq verilir.

VISA Infinite - Bu kart yalnız zəngin və tələbkar müştərilərə təqdim olunan təkcə ödəniş aləti olmayan, həmçinin onların yüksək statusunu əks etdirən, maksimal azadlıq və komfort bəxş edən, dünyanın istənilən nöqtəsində VİP xidmətə zamanət verən kartdır. Parabankın Visa İnfinite kartın sahiblərinə 1 illik Priority Pass üzvlük kartı hədiyə olunur və VİP zallara giriş 5 dəfə bank tərəfindən ödənilir. Ancaq Visa Infinite kartın sahibləri Konsierj xidmətindən istifadə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti