...

Azərbaycan bankı "Parabank"ın "Çəmbərəkənd" filialının ünvanı dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2011 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Azərbaycan bankı "Parabank"ın Bakı şəhəri H.Cavid prospekti, 30 ünvanında yerləşən "Çəmbərəkənd" filialı yeni ünvana - H.Cavid prospekti , 556/557 məhəllə, ev B küçəsinə köçürülüb və artıq bu ünvanda öz fəaliyyətini davam etdirir. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Bankın yeni ofisi, iş günləri 09:00-dan 18:00-dək, şənbə günləri isə saat 10:00-dan 16:00-dək müştərilərə xidmət göstərir.

"Parabank"ın digər filialları kimi, "Çəmbərəkənd" filialı da fiziki və hüquqi şəxslərə geniş çeşiddə maliyyə xidmətləri - hesablaşma-kassa xidmətləri, sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən avtokreditlər ,biznes və s. kreditlərinin verilməsi, VISA plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, "Western Union", "PrivatMoney", CMT (Caspian Money Transfer) ,"Быстрая Почта", "Blizko " , "Zolotaya Korona", "Contact", "CoinStar " təcili pul köçürmələri üzrə geniş bank xidmətləri təqdim edir.

Bununla yanaşı, filialda yerləşən ATM, 24 saat ərzində nağd pulun çıxarılması, kommunal, mobil rabitə xidmətlərinin ödənişini təmin edir.

Bankın hazırda ölkə üzrə 16 filialı və 3 şöbəsi mövcuddur.

Xəbər lenti

Xəbər lenti