...

Azərbaycan nümayəndə heyəti MONEYVAL-ın 36-cı plenar iclasında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2011 19:47 (UTC +04:00)
Sentyabr 26-30-da Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 36-cı plenar iclası keçirilib.
Azərbaycan nümayəndə heyəti MONEYVAL-ın 36-cı plenar iclasında iştirak edib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Sentyabr 26-30-da Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 36-cı plenar iclası keçirilib. İclasda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.

Komitədən bazar ertəsi Trend-ə verilən məlumata görə, plenar iclasın gündəliyinə 2011-2012-ci illər üzrə MONEYVAL-a üzv olan dövlətlərin qiymətləndirilməsi qrafikinin təsdiq olunması, Slovakiya, Kipr və San-Marino üzrə dördüncü mərhələ qiymətləndirmə hesabatlarının, Rusiya Federasiyası və Makedoniya üzrə isə ikinci mərhələ tərəqqi hesabatlarının müzakirəsi məsələləri daxil edilib.

İclasda Azərbaycan nümayəndə heyəti Kipr üzrə məruzəçi ölkə qismində çıxış edib və qiymətləndiricilərə verilmiş suallar ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin gedişində Azərbaycan nümayəndə heyətinin Kiprin qiymətləndirmə hesabatında bir sıra əsas məqamların dəqiqləşdirilməsinə və verilmiş reytinqlərin artırılmasına dair təklifləri plenar iclas tərəfindən müsbət qarşılanıb.

Həmçinin, Azərbaycan nümayəndə heyəti Komitə və Katiblik ilə MONEYVAL-ın növbəti plenar iclasında Azərbaycan Respublikası tərəfindən qurumun prosedur qaydalarına uyğun olaraq ikinci tərəqqi hesabatının təqdim edilməsi məsələsi üzrə fikir mübadiləsi aparıb. Müzakirələr zamanı hesabatın təqdim olunması vaxtı, forması və texniki məsələlərə dair razılıq əldə edilib.

Xəbər lenti

Xəbər lenti