...

Milli Depozit Mərkəzi daha 3 şirkətlə əməkdaşlığa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2011 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin sentyabr ayında bağlanmış müqavilələrə əsasən, Azərbaycanın Milli Depozit Mərkəzi "Gəmi təmiri" ASC, "Astara balıq" ASC-yə və Azərbaycan İpoteka Fonduna depozitar və reyestrin aparılması xidmətlərinin göstərilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Mərkəzin yaydığı məlumatda deyilir.

MDM 1997-ci il sentyabrın 18-də yaradılıb. Mərkəzin təsisçisi və bütün səhm zərfinin mülkiyyətçisi kimi Azərbaycan Dövlət Əmlak Komitəsi çıxış edirdi.

QKDK-nın yaradılmasından sonra MDM onun ixtiyarına verilib. Bununla əlaqədar olaraq MDM QKDK tərəfindən 1999-cu ilin 8 sentyabrında yenidən təsis olunub və 1999-cu il sentyabrın 17-də dövlət qeydiyyatından keçib.

Xəbər lenti

Xəbər lenti