...

Azərbaycan və Koreya qrant razılaşması imzalayıblar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2011 20:11 (UTC +04:00)
Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi çərşənbə axşamı Bakıda 4,2 milyon dollar dəyərində Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sisteminin Avtomatlaşdırılmasına dair Qrant Razılaşması imzalayıblar.
Azərbaycan və Koreya qrant razılaşması imzalayıblar (FOTO)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir A.Axundov/

Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi çərşənbə axşamı Bakıda 4,2 milyon dollar dəyərində Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sisteminin Avtomatlaşdırılmasına dair Qrant Razılaşması imzalayıblar. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Dövlət Komitəsindən yaydığı məlumatda deyilir.

Razılaşma Dövlət Komitəsinin sədri Ramiz Həsənovla Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha arasında imzalanıb.

Azərbaycanda Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sisteminin Avtomatlaşdırılmasına dair Qrant Razılaşması ölkəmizdə əqli mülkiyyət üzrə inzibati işlərin avtomatlaşdırılması üçün kompüterləşdirilmiş sistemin yaradılması, milli məlumat bazası toplusunun hazırlanması və Milli Rəqəmsal Əqli Mülkiyyət Kitabxanasının formalaşdırılması məqsədi daşıyır. Bunun üçün Koreya Respublikasında uğurlu iqtisadi nəticələr vermiş "KİPOnet" sisteminin Azərbaycanda tətbiqi, Tədris Mərkəzinin yaradılması nəzərdə tutulub.

Layihə çərçivəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən ayrılan maliyyə vəsaiti hesabına patent sisteminin müasir kompüter, server və digər zəruri texniki avadanlıqlarla, habelə müvafiq proqramlarla təmin olunması, kağız formatında daşıyıcılardan elektron idarəetmə sisteminə keçməklə infrastrukturun müasir texnoloji tələblərə uyğunlaşdırılması və s. kimi məsələlər nəzərdə tutulur.

Layihənin iki ilə hesablanıb.

Xəbər lenti

Xəbər lenti