...

Azərbaycanda vergiödəyicilərin pasportlaşdırılması ilin sonunadək başa çatacaq - Fazil Məmmədov

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2011 15:15 (UTC +04:00)
Azərbaycanın Vergilər Nazirliyi ilin sonunadək vergiödəyicilərin və respublikada fəaliyyət göstərən təsərrüfat subyektlərinin pasportlaşdırılması prosesini başa çatdıracaq.
Azərbaycanda vergiödəyicilərin pasportlaşdırılması ilin sonunadək başa çatacaq - Fazil Məmmədov

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Vergilər Nazirliyi ilin sonunadək vergiödəyicilərin və respublikada fəaliyyət göstərən təsərrüfat subyektlərinin pasportlaşdırılması prosesini başa çatdıracaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın vergilər naziri Fazil Məmmədov bildirib.

"Pasportlaşdırma prosesi bu günədək davam edir. Biz müddəti uzatmalı olduq, çünki işlər vergiödəyicilərin işdən azad olduqları vaxtda, yəni şənbə günləri aparılır. Gözləntilərimizə görə, pasportlaşdırma ilin sonunadək başa çatacaq", - nazir deyib.

Məmmədovun sözlərinə görə, nisbətən daha mühüm məsələ pasportlaşdırmanın nəticələrinin mövcud bazanın məlumatları ilə müqayisə edilməsidir.

"Bundan sonra biz faktiki fəaliyyət və qanunsuz sahibkarlıq üzrə məlumatları aşkara çıxaracaq və vergi orqanlarında uçota durmayan şəxsləri müəyyən edə biləcəyik. Artıq ilkin nəticələr mövcuddur, lakin dəqiqləşdirilmədən onların səsləndirilməsi hələ tezdir", - Məmmədov deyib.

Ölkədə vergiödəyicilərin pasportlaşdırılmasına 2011-ci il fevralın 1-dən başlanılıb. Proses məlumat bazasının dəqiqləşdirilməsi və uçotda duran vergiödəyicilərin və təsərrüfat subyektlərinin inventarlaşdırılması məqsədi daşıyır.

Bu gü ölkədə 365 min vergiödəyici uçotda durur ki, onların 108 mini təsərrüfat subyektidir.

Xəbər lenti

Xəbər lenti