...

"Bank Standard" plastik kartlar sahibləri üçün növbəti kampaniyaya start verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2011 19:38 (UTC +04:00)
Yeni aksiya oktyabr ayının 16-da başlayıb, gələn ilin sentyabr ayına qədər davam edəcək.
"Bank Standard" plastik kartlar sahibləri üçün növbəti kampaniyaya start verir

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Azərbaycan bankı "Bank Standard" tərəfindən buraxılmış bütün kartların sahibləri üçün nəzərdə tutulmuş "Kartla ödə, "APPLE" qazan!" adlı yeni aksiya oktyabr ayının 16-da başlayıb, gələn ilin sentyabr ayına qədər davam edəcək.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, aksiyanın məqsədi kartlarla aparılan ödənişlərin sayını mümkün qədər artırmaqdan ibarətdir.

Ödənilmiş məbləğin hər 10 şərti vahidi (AZN, USD, EUR, GBP) müqabilində kart sahibi bir lotereya şansı əldə edir. Misal üçün, 50 manat həcmindəki ödəniş kart sahibinə 5, 48 manatlıq ödəniş isə 4 lotereya şansı verir. Aksiyanın istənilən mərhələsində toplanan lotereya şansları növbəti mərhələlərdə də etibarlı olacaq. Eyni zamanda, aksiya ərzində "Bank Standard"ın kart məhsullarını alanlar da kartın növündən asılı olaraq müxtəlif sayda lotereya şansı qazanacaqlar.

4 mərhələdən ibarət olan aksiyanın uduş fondunu 10 ədəd "MacBook Pro", 10 "MacBook Air" noutbukları, 10 ədəd iPad2 planşeti və 10 ədəd iPhone mobil telefonu təşkil edir.

Lotereya tirajları 24 yanvar, 17 aprel, 17 iyul və 17 oktyabr 2012-ci il tarixlərində "Bank Standard"ın Bakı şəhəri, Azərbaycan prospekti, 4 ünvanında yerləşən baş ofisində keçiriləcək.

Kampaniya haqqında daha ətraflı məlumatı "Bank Standard"ın rəsmi saytında (http://bankstandard.com/az/campaigns) və ya bankın Məlumat mərkəzinin 158 nömrəsinə zəng etməklə əldə etmək olar.

Oktyabrın 14-nə olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti