Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E.İsmayılov/
Bu yaxınlarda Azərbaycanın "Silk Way Airlines" şirkətinin aldığı Boeing 747-400 markalı yeni təyyarə Cənub-Şərqi Asiya ölkələrinə yük reysləri həyata keçirməyə başlayıb. Bu barədə bazar ertəsi Trend-ə aviaşirkətdən məlumat verilib.
Şirkətdən deyiblər ki, təyyarə, o cümlədən, Yaponiyaya, Çinə və Honkonqa yük daşımaları həyata keçirir.
Yaxın iki ildə aviaşirkət öz aviaparkını daha iki yeni Boing 767-300 tipli yük təyyarəsi ilə artıracaq.
Aviaşirkət beynəlxalq yükdaşımalar üzrə xidmətlər göstərir, eləcə də neft-qaz avadanlıqları, tikinti materialları və ağır sənaye avadanlıqları, avtomobillər, nəqliyyat vasitələri və ehtiyat hissələr, humanitar yüklər, heyvanlar və tez xarab olan məhsullar, ərzaq məhsulları, xalq istehlakı malları, İKAO sertfikatlarına tam uyğun şəkildə emal olunmuş təhlükəli yüklər də daşıyır.
Şirkətin bütün parkı, eləcə də üçüncü şəxslər qarşısında məsuliyyət və ekipaj Londonun sığorta bazarında sığortalanıb.