...

Bakının bəzi rayonlarında suyun verilməsində müvəqqəti məhdudiyyətlər yaranacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2011 13:09 (UTC +04:00)
Bakının bəzi rayonlarında suyun verilməsində müvəqqəti məhdudiyyətlər yaranacaq.
Bakının bəzi rayonlarında suyun verilməsində müvəqqəti məhdudiyyətlər yaranacaq

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir T.Hacıyev/

Bakının bəzi rayonlarında suyun verilməsində müvəqqəti məhdudiyyətlər yaranacaq.

"Azərsu" Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildirilib ki, Bakı şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihəyə uyğun olaraq, yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması prosesi aparılır. Bu məqsədlə Bakı şəhərinin şərq hissəsində yerləşən +69 Şərq su anbarında yeni çəkilmiş xətlər şəbəkəyə qoşulur.

Bununla əlaqədar oktyabrın 18-nə keçən gecədən başlayaraq gün ərzində Xətai və Nizami rayonlarına içməli suyun verilməsində müvəqqəti məhdudiyyətlər olacaq. Qoşulma işlərinin axşam saatlarında - saat 19:00-20:00-da başa çatdırılması nəzərdə tutulur.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" Səhmdar Cəmiyyəti abonentlərə üzrxahlıq edir.

Xəbər lenti

Xəbər lenti