...

"Bank of Baku" fotomüsabiqəyə yekun vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2011 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Azərbaycan bankı "Bank of Baku" Facebook sosial şəbəkəsində keçirdiyi "Görəsən, pullar harada gizlənir?" fotomüsabiqəsinə yekun vurub və ən çox səs yığan iştirakçılarını müəyyən edərək mükafatlandırıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

8 iyul 2011-ci il tarixində startı verilən müsabiqənin əsas şərti pulların gizlənə biləcəyi ən qeyri-adi, məzəli yeri təsvir edən fotoşəkilləri çəkib təşkilat komitəsinə təqdim etmək idi. Nəticədə fotomüsabiqəyə 200-ə yaxın şəkil göndərilib, lakin onların sırasından şərtlərə cavab verən 110 fotoşəkil seçilərək qəbul olunub. Bütün fotoşəkillərlə https://www.facebook.com/bankofbaku#!/media/set/?set=a.232043703513269.72900.121234001260907&type=1 ünvanında tanış olmaq olar.

Qalib şəkillər "Bank of Baku"nun Facebook səhifəsində 1 ay davam edən səsvermə nəticəsində ən çox səs sayına görə müəyyənləşiblər. Beləliklə, bankın ilk üçlüyü:

I yer - Teymur Əliyev, 11 165 səs
Hədiyyə: 1000 manat, Visa Deposit Card, pulsuz İnternet-bankinq və SMS-bankinq xidmətləri
II yer - Vüqar Qasımzadə, 10 816 səs
Hədiyyə: 700 manat, Visa Deposit Card, pulsuz İnternet-bankinq və SMS-bankinq xidmətləri
III yer - Fərid Axundov, 10 724 səs
Hədiyyə: 500 manat, Visa Deposit Card, pulsuz İnternet-bankinq və SMS-bankinq xidmətləri

Müsabiqə zamanı Elnarə Qaraşarova və Asif Babayevə məxsus şəkillər Bank of Baku-nun simpatiyasını qazanaraq əlavə hədiyyələrə layiq görülüblər. Belə ki, hər bir müəllifə bankdan 250 manat məbləğində pul mükafatı, pulsuz Visa Deposit Card İnternet-bankinq və SMS-bankinq xidmətləri hədiyyə olunub. Eyni zamanda, Bank of Baku müsabiqənin ilk onluğuna düşən müəlliflərə də hədiyyələr təqdim edəcək.

Bank of Baku-nun fəaliyyəti və kampaniyaları haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında, həmin saytda fəaliyyət göstərən "Onlayn-məsləhətçi" xidmətinə müraciət edərək və ya bankın Facebook sosial şəbəkəsində www.facebook.com/bankofbaku ünvanında fəaliyyət göstərən rəsmi səhifəsində əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti