Azərbaycan, Bakı, 28 oktyabr / Trend /
Noyabrın 4-də Göyçay rayon İcra Hakimiyyəti Göyçay şəhərində ənənəvi Nar festivalı keçirəcək. Trend-in məlumatına görə, bu barədə "Millenium turizm və Konqress" turizm şirkətinin cümə günü yaydığı məlumatda deyilir.
Tədbirin açılış mərasimi Heydər Əliyev Mərkəzi qarşısında keçiriləcək. Bundan sonra yerli və xarici iştirakçılar nar məhsulları sərgisi, eləcə də bu mövzuda hazırlanmış bədii kompozisiyalarla tanış olmaq imkanı əldə edəcəklər.
Daha sonra festivalın qonaqlarının şərəfinə banket təşkil olunacaq. Banketdən sonra teleprodüser Murad Dadaşovun təşkil etdiyi bayram proqramı keçiriləcək. Konsertdə Azərbaycanın məşhur incəsənət xadimləri iştirak edəcəklər.
Festival bayram əhval-ruhiyyəsində davam edəcək. Gün ərzində rayonun müxtəlif yerlərində Azərbaycan musiqisi səslənəcək, tədbirin qonaqlarına Azərbaycan mətbəxinin dadlı yeməkləri təqdim olunacaq.
"Millenium turizm və Konqress" turizm şirkəti Göyçaydakı Nar festivalına birgünlük tur təklif edir.
Turun qiyməti 25 manatdır.
Qiymətə daxildir:
- nəqliyyat,
- ekskursiya xidmətləri,
- nahar,
- çayiçmə.
Əlavə məlumat üçün: Bakı, N.Rəfibəyli küçəsi, 12/14 (Mərkəzi Unibermaqla yanaşı),
tel.: (012) 497 54 00, (012) 598 48 18.