...

Bank Standard-ın "Kartla ödə, BlackBerry qazan!" aksiyasının qalibləri müəyyən olundu

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2011 18:48 (UTC +04:00)
Oktyabrın 28-də "Bank Standard"ın baş ofisində müştərilərə loyallıq proqramı, həmçinin kart vasitəsilə ödənişləri stimullaşdırmaq proqramı çərçivəsində "Kartla ödə, BlackBerry qazan!" aksiyasının lotereyası keçirilib.
Bank Standard-ın "Kartla ödə, BlackBerry qazan!" aksiyasının qalibləri müəyyən olundu

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Oktyabrın 28-də "Bank Standard"ın baş ofisində müştərilərə loyallıq proqramı, həmçinin kart vasitəsilə ödənişləri stimullaşdırmaq proqramı çərçivəsində "Kartla ödə, BlackBerry qazan!" aksiyasının lotereyası keçirilib.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, lotereyanın qalibiləri Əsədullayev Əliağa, Ağamoğlanov Hacıağa, Adıgözəlov Elşad, Kərimov Azər, Həsənov Mirilyas, İbrahimov Kamal, Şirvanov Famil, Alloyarov Roman, Seyidov Cəfər və Babayeva Tamara olublar.

Qaliblər öz uduşlarını təhvil almaq üçün tirajın keçirilmə tarixindən etibarən 90 iş günü ərzində Bankın baş ofisinə (Bakı, Azərbaycan pr., 4) müraciət edə bilərlər.

Bank Standard "Kartla ödə, APPLE qazan!" adlı yeni, daha geniş həcmli bir aksiyaya başlayıb. Əvvəlkilərdən fərqli olaraq yeni aksiya 4 mərhələdə keçiriləcək və 2012-ci ilin sentyabr ayının sonunadək davam edəcək. Bu mərhələlərin hər birində ardıcıl olaraq 10 ədəd MacBook Pro noutbuku, daha sonra 10 ədəd i-Pad planşeti, 10 ədəd i-Phone mobil telefonu və nəhayət 10 ədəd MacBook Air noutbuku oynanılacaq.

Yeni aksiyanın şərtləri əvvəlki aksiyaların şərtlərinə bənzərdir. Belə ki, aksiya "Bank Standard" tərəfindən buraxılan kart sahibiləri üçün nəzərdə tutulub. Aksiyada iştirak etmək üçün plastik kartı ilə POS-terminal, bankomat (ATM), habelə "Mobil Bank" xidməti vasitəsilə və ya internetdə ödənış aparmaq lazımdır.

Lakin əvvəlkilərdən fərqli olaraq yeni aksiyada iştirakçılara lotereya şansları artıq əvvəllər olduğu kimi hər xərclənən 50 şərti vahid (AZN, USD, GBP, EUR) deyil, yalnız 10 şərti vahid müqabilində veriləcək. Bu da həm iştirakçı sayını, həm də onların qiymətli uduşları qazanmaq şanslarını artıracaq.

Yeni aksiyanın şərtlərində digər fərqli cəhətlər arasında həmçinin ayrı-ayrı mərhələlərdə qazanılan lotereya şanslarına uduş düşmədiyi halda onların növbəti mərhələlərdə qüvvədə qalacağını göstərmək olar. Nəhayət, lotereya şansları kart vasitəsilə ödənişlərlə yanaşı, "Bank Standard"ın kart məhsullarını əldə etmək müqabilində də verilir.

Bankın uduşlu aksiyaları haqqında daha ətraflı məlumatı www.bankstandard.com saytından, bankın Məlumat mərkəzinin 158 nömrəsindən (gecə-gündüz), eləcə də www.facebook.com/BankStandard.KB səhifəsindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti