...

Bakıdakı yeni yeraltı keçid "Məşədi Əzizbəyov" metro stansiyasının çıxışları ilə birləşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2011 11:44 (UTC +04:00)
Bakının "Məşədi Əzizbəyov" metro stansiyası rayonunda tikiləcək yeni yeraltı keçid stansiyanın çıxışları ilə birləşdiriləcək.
Bakıdakı yeni yeraltı keçid "Məşədi Əzizbəyov" metro stansiyasının çıxışları ilə birləşdiriləcək

Azərbaycan, Bakı, 4 noyabr / Trend, müxbir E.İsmayılov/

Bakının "Məşədi Əzizbəyov" metro stansiyası rayonunda tikiləcək yeni yeraltı keçid stansiyanın çıxışları ilə birləşdiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən məlumat verilib.

Keçidin tikintisi çərçivəsində bu gündən noyabrın 25-dək Mikayıl Əliyev küçəsindəki körpü (körpü "Məşədi Əzizbəyov" metro stansiyasının yanında yerləşir) ilə hər iki istiqamətə hərəkət məhdudlaşdırılıb.

Məlumata görə, keçidin uzunluğu 102, eni 6, hündürlüyü 2,8 metrdir.

Artıq kommunikasiyaların dəyişdirilməsi və keçidin tikintisi prosesinə başlanıb.

Xəbər lenti

Xəbər lenti