...

Brokdil-Az Azərbaycan brokerlərinin renkinqində lider mövqeyini qoruyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2011 18:16 (UTC +04:00)
2011-ci ilin oktyabrında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) Bakı Fond Birjasının Analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə Brokdil-Az başçılıq edib.
Brokdil-Az Azərbaycan brokerlərinin renkinqində lider mövqeyini qoruyub

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin oktyabrında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) Bakı Fond Birjasının Analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə Brokdil-Az başçılıq edib; şirkət 1 müştəriyə 7,89 milyon manat məbləğində broker xidməti göstərib. Trend-in məlumatına görə, bu barədə birjanın cümə günü yaydığı məlumatda deyilir.

İkinci yeri isə 2 müştəriyə ümumi həcmi 4,998 milyon manat məbləğində broker xidmətləri göstərən "Caspian Financial ltd" tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 4,99 milyon manat məbləğli "BoB Broker" qərarlaşıb.

2011-ci ilin oktyabr ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əqdlərin sayı

Müştərilərin sayı

Əməliyyatların həcmi (AZN)

1 (-)

1

"Brokdil-Az" MMC

8

1

7 893 162,86

2 (▲)

4

"Caspian Financial ltd" MMC

3

2

4 997 871,83

3 (-)

3

"BoB Broker" MMC

3

1

4 989 000,00

4 (▲)

5

"Texnika Kapital Menecment" MMC

3

2

3 789 262,84

5 (▼)

2

"Çelsi Kapital" MMC

3

3

2 699 939,79

6 (-)

6

"Respublika İnvest" MMC

1

1

2 000 000,00

Noyabrın 4-nə olan rəsmi məzənnə 0,7868 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti