...

İl ərzində Azərbaycan əhalisi malların istehlakını təqribən 10 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2011 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin yanvar-oktyabr aylarında ölkənin ticarət və xidmət şəbəkələrində istehlakçılara 17,3 milyard manatlıq və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz çox əmtəə satılıb və xidmət göstərilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

İstehlak bazarı üzrə real artımın 75,2 faizi pərakəndə ticarət, 5,2 faizi iaşə fəaliyyəti, 19,6 faizi isə pullu xidmətlərin hesabına təmin edilib.

Cari ilin on ayında pərakəndə ticarət və iaşə dövriyyəsinin həcmi 2010-cu ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artaraq 13,1 milyard manata, pullu xidmətlərin həcmi isə 7,4 faiz artaraq 4,2 milyard manata bərabər olub.

Hesabat dövründə istehlak bazarı üzrə ümumi artımın 99,1 faizi özəl sektorun fəaliyyəti sayəsində yaranıb. Özəl şəbəkələrdə satılmış istehlak mallarının və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 10,3 faiz üstələyərək 16,1 milyard manat olub.

Noyabrın 12-nə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti