...

Bakı Fond Birjasının yeni rəhbəri təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2011 17:27 (UTC +04:00)
Bakı Fond Birjası (BFB) səhmdarlarının ötən cümə günü keçirilən növbədənkənar toplantısının qərarı ilə Emin Əliyev birjanın idarə heyətinin sədri vəzifəsinə təyin olunub.
Bakı Fond Birjasının yeni rəhbəri təyin olunub

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir N.İsmayılova/

Bakı Fond Birjası (BFB) səhmdarlarının ötən cümə günü keçirilən növbədənkənar toplantısının qərarı ilə Emin Əliyev birjanın idarə heyətinin sədri vəzifəsinə təyin olunub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi BFB-dən deyilib.

Oktyabrda BFB-nin sədri Xəyal Abdinov başqa işə keçməsi ilə əlaqədar olaraq bu vəzifədən gedib. Birja səhmdarların ümumi toplantısınadək idarə heyəti sədrinin səlahiyyətləri Risklərin idarəsi qrupunun rəhbəri Emin Əliyevə həvalə olunmuşdu.

"Səhmdarların iclasında Əliyev idarə heyətinin sədri təyin edilib", - birjadan deyilib.

Səhmdarlar birjanın idarə heyəti sədrinin müavini Vahid Novruzovun könüllü olaraq işdən getməsi barədə ərizəsini də qəbul edib.

"Novruzovun yeri hələlik boşdur", - birjadan deyiblər.

Emin Əliyev 1978-ci ildə anadan olub. Bakı Dövlət Universitetində (1996-2000-ci illər), Siene (İtaliya) Universitetində (2000-2001-ci illər), Azərbaycan Prezidenti yanında İdarəçilik Akademiyasında (2003-2007-ci illər) təhsil alıb.

Xəbər lenti

Xəbər lenti