...

DəmirBank-ın aktivləri 25,4 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2011 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

DəmirBank-ın aktivləri 1 noyabr 2011-ci il tarixinə 362,6 milyon manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 73,5 milyon manat və ya 25,4 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 25 milyon manat və ya 10,9 faiz artaraq 254,6 milyon manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 noyabr 2011-ci il tarixinə 155,9 milyon manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 noyabr 2011-ci il tarixinə 96,1 milyon manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 18,9 faiz və ya 15,3 milyon manat çoxdur.

Bankın nizamnamə kapitalı 1 noyabr 2011-ci il tarixinə 21 milyon manat, məcmu kapitalı isə 49,8 milyon manat olub.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Noyabrın 22-nə rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti