Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Nəqliyyat Nazirliyi "Məşədi Əzizbəyov" metrostansiyası yaxınlığındakı yeni asma körpünü 2012-ci il ərzində istismara verməyi planlaşdırır. Bu barədə cümə günü Trend-ə Nəqliyyat Nazirliyi yanında "Azəryolservis" SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, körpünün tikintisi çərçivəsində betonlama işləri başa çatıb və yaxın müddətdə podradçı burazların montaj edilməsinə başlayacaq.
Körpünün podradçısı "Azərkörpü" ASC-dir.