...

Azərbaycan şirkəti 2012-ci ildə korporativ sığortanı inkişaf etdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2011 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti (BSŞ) 2012-ci ildə başlıca olaraq korporativ sığortanı inkişaf etdirmək niyyətindədir. Bu barədə Trend-ə cümə günü şirkətin idarə heyəti sədrinin müavini Elşad Əliyev bildirib.

"Bu gün Azərbaycanın sığorta bazarı yeni məhsullara hazır deyil. Sığorta bazarında hər ay çoxlu yeni məhsullar hazırlanır, lakin onların əksəriyyəti yekunda hətta marketinq və reklam xərclərini ödəmir. Ona görə də gələn il buna diqqət ayırmayacağıq. Gələn il korporativ sığortanın inkişaf etdirilməsinə başlamağı və başa çatdırmağı, yəni korporativ müştərilərin cəlb edilməsinə böyük yer ayırmağı planlaşdırırıq", - Əliyev deyib.

Onun sözlərinə görə, şirkətin gələn il hazırlayacağı bütün məhsulların 80 faizə yaxını korporativ seqmentə aid olacaq.

"Bu gün şirkətin portfelinin təxminən 30 faizi korporativ müştərilərin payına düşür. Bu gün bazardakı ən iri korporativ portfel bizdədir və hesab edirik ki, bu, nisbətən daha perspektivli biznesdir. Biz bir çox digər sığorta şirkətləri kimi riteyllə məşğul olmağa, onu inkişaf etdirməyə çalışırıq, amma, düzünü desək, bu gün bu, sığorta şirkətlərinin inkişafı üçün çıxılmaz dalandır. Hesab edirəm ki, insanların artıq hazır olduqları mövcud olanlar üzərində işləmək hər şeyi atıb riteyllə məşğul olmağa başlamaqdan daha ağıllı hərəkətdir", - Əliyev deyib.

2002-ci ildə fəaliyyətə başlamış Beynəlxalq Sığorta Şirkəti hazırda Azərbaycanın ilk beş aparıcı şirkəti sırasına daxildir. Şirkət müştərilərinə 5 icbari və 32 könüllü sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti